Sumqayıtda hava

Cəmiyyət

Saray qəsəbəsində səyyar xidmət keçirilib

Saray qəsəbəsində səyyar xidmət keçirilib


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə 3 dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində, noyabrın 26-da Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramova və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi, polis polkovniki Gülşən Əhmədovanın da iştirak etdikləri tədbir zamanı internat evində yaşayan 18 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub, burada işləyən 3 müəllimin isə şəxsiyyət vəsiqəsi yeniləri ilə əvəz edilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR