Sumqayıtda hava

Elan

Bakı Limanından tələbələr üçün TƏCRÜBƏ PROQRAMI

Bakı Limanından tələbələr üçün TƏCRÜBƏ PROQRAMI



Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC tələbələr üçün təcrübə proqramı elan edib.
Modern.az saytına verilən məlumata görə, proqramın məqsədi limanla ətraflı tanış olmaq, logistika sahəsində karyera qurmaq arzusunda olan tələbələrə cəmiyyətin müxtəlif layihələrində iştirak edərək praktik təcrübə qazanmaq imkanı yaratmaqdır.
Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir. Bakı Limanının Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 15 dekabr 2015-ci il tarixinə kimi davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) office@portofbaku.com elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, seçim zamanı kommunikasiya, marketinq və beynəlxalq münasibətlər sahələri üzrə təhsil alan, o cümlədən xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR