Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!" layihəsi keçirilir

Sumqayıtda "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!" layihəsi keçirilir


Prezident yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrant müsabiqə çərçivəsində dəstəklənən "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!” layihəsinin icrasına start verilmişdir.
Təqdimatda layihə çərçivəsində əməkdaşlıq ediləcək tərəfdaş təşkilatların və media qurumlarının nümayəndələri iştirak etmişlər. Layihə rəhbəri Elvin Hüseynov bildirib ki, layihə 4 mərhələdə Sumqayıt şəhərində icra olunacaq. Layihənin məqsədi artıq böyük bir bəlaya çevrilmiş yol qəzaları və bu q’zalarda insan itgisinin qarşısının alınması, yol təhlükəsizliyində ilkin növbədə işıqforun nizamlayıcısına və piyada keçidlərinə diqqət çəkmək, bu istiqamətdə dövlət qurumlarına ictimai dəstəyin verilməsi, yol hərəkəti təhlükəsizliyi şüurunun qazandırılması, bu sahədə preventiv və maarifləndirmə işlərinin aparılmasıdır.
Bildirildi ki, layihədə hədəf qrupu kimi 14-29 yaş gənclər nəzərdə tutulmuşdur. Bundan əlavə layihənin kordinatına uyğun olaraq layihənin icrasından müxtəlif yaş kateqoriyalarına aid olan ictimaiyyət üzvləridə müsbət istiqamətdə yararlanacaq.
Təqdimatda çıxış edən tərəfdaş təşkilatların nümayəndələri qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi çox müsbət haldır və bu gənclərə olan diqqət və qayğının nəticəsidir.
Sonda layihə çərçivəsində hazırlanaraq iştirakçılara paylanılacaq buklet və braşürlərin mətni, dizaynı, eyni zamanda layihənin təbliği, icrasına könüllülərin cəlb olunması və layihə haqqında sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

 

Sumqayıtda "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!" layihəsi keçirilir

 

Sumqayıtda "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!" layihəsi keçirilir


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR