Sumqayıtda hava

Siyasət

Gənclər Təşkilatları müraciət ünvanladı - Son hadisələrə görə

Gənclər Təşkilatları müraciət ünvanladı - Son hadisələrə görə



"SAF həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova, "Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, "Azad Həmfikirlər” Gənclərin Maariflləndirilməsi İB-nin sədri Samirə Mustafayeva, "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İB- nin sədri Kəmalə Məmmədli, "Təhsilin İnnovativ İnkişaf Mərkəzi” İB-nin sədri Zümrüd Əliyeva və "Gənclərin Söz Birliyi” İB-nin sədri Qurbanəli Ömər son vaxtlar ölkədə və dünyada baş verən hadisələrlə bağlı gənclərə müraciət edib.

Gənclər Fondunun dəstəyi ilə "SAF həyat Naminə" Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycançılıq məfkurəsi” nin gənclərə təbliği” layihəsinin təqdimat mərasimində iştirak edən təşkilat sədrləri sonda gənclərə müraciət ünvanlayıblar. Müraciətdə deyilir :

" Əziz gənclər, 20 ildən artıqdır ki, dövlətimiz dünyada öz siyasi sabitliyi ilə tanınır. Bu sabitlik ölkəmizin iqdisadi inkişafına da öz müsbət təsirini göstərməkdədir. Hər zaman yeni- yeni xarici investorların, turistlərin, beynəlxalq tədbirlər keçirən təşkilatların diqqətini çəkməkdəyik. Bu gün Azərbaycan dünyada tolerantlıq brendi formalaşdırmış bir ölkədir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün bərabər imkanlar yaradılıb. Bütün bunların da əsas səbəbi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan "Azərbaycançılıq məfkurəsi”dir. Azərbaycançılığın bu gün bizim dövlətimiz üçün bütün mövcud idealogiyalardan daha üstün olduğunu müqayisələr aparmaqla görə bilərsiz. Məhz, bu idealogiyanın bu gün həm daxili, həm də xarici siyasətimiz üçün əhəmiyyətini başa düşməli, ondan vaz keçməməliyik. Bu gün ölkəmiz həm regionda, həm də dünyada bütün ölkələrlə dostluq münasibətləri quran bir ölkə kimi tanınır. Torpaqlarımızın 20 faizini işğalda saxlayan bir ölkə ilə belə olan mövcud münaqişəni sülh yolu ilə həll etməyə çalışır, terrora qarşı mübarizədə beynəlxalq layihələrə qoşulur.

Lakin çox təəssüf ki, son vaxtlar dünyada baş verən proseslərin fonunda ölkəmizdə də bəzi xoşagəlməz hadisələr baş verir. Xarici qüvvələrin təsiri ilə dövlətimizə qarşı fəallaşan ekstremist qüvvələr ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışırlar. Lakin hər dəfəsində olduğu kimi Azərbaycan dövləti belə halların qarşısnı vaxtında və layiqiylə ala bilir. Sizləri ayıq- sayıq olmağa və hər zaman dövlətçiliyimiz uğrunda həmrəylik nümayiş etdirməyə səsləyirik. Heç vaxt belə qüvvələrin təsiri altına düşməyin. Unutmayın, Azərbaycan hamımızın vətənidir. Onu göz bəbəyimiz kimi qorumalıyıq… Həm xarici, həm də xarici düşmənlərimizə satılmış daxili düşmənlərimizdən.

XXI əsr internet əsridir.Sizlər internetin verdiyi imkanlardan düzgün istifadə etməyə çalışmalısız. Sosial şəbəkələrdə xüsusi ilə diqqətli olmalı, atdığınız hər bir addımda dövlətimizin suverenliyini, sabitliyini, iqdisadi və mədəni inkişafını düşünməlisiz”

Qurbanəli Ömər
 
 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR