Sumqayıtda hava

Cəmiyyət

“Kitab oxu - kitab qazan” adlı layihəyə start verilib

“Kitab oxu - kitab qazan” adlı layihəyə start verilib



Gənclərə mütaliənin əhəmiyyəti çatdırılacaq
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Kitab oxu - kitab qazan” adlı layihəyə start verilib.
Yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması məqsədi ilə həyata keçiriləcək olan layihənin rəhbəri Nuriyyə Hüseynovanın sözlərinə görə ilk olaraq layihənin mövzusuna uyğun gənclərə müraciət olunacaq, onlar arasında kitabtoplama kampaniyası keçiriləcək. Gənclər istədikləri kitabı seçib oxuyacaq, oxunmuş kitabdakı mövzu haqqında qısa məlumat verəcəklər. Əvəzində həmin gəncə yeni kitab hədiyyə olunacaq. Kampaniya iştirakçıları üçün üzərində müxtəlif şüarlar yazılmış çap məhsulları hazırlanacaq ki, həmin məhsullar gənclərin kitaba olan maraqlarının artırlmasında maarifləndirici rol oynayacaq:
"Bildiyimiz kimi, yaşadığımız dövr müasir texnologiyalar dövrü olduğundan insanlar kitabdan uzaq düşüblər. Lakin unutmaq olmaz ki, kitab hər zaman insanların dostu olub, çox bilikləri biz onlardan öyrənmişik. İstər bədii, istərsə də elmi ədəbiyyat olsun, oxuduğumuz hər bir kitab bizim üçün elm, inkişaf, məlumat, dünyagörüşünün formalaşması və s. mənbəyidir. Gənclər daha çox internetdən istifadə etdikləri üçün onlar lazım olan və ya olmayan yerli- yersiz məlumatları oxuyurlar. Və bəzən bu məlumatlar həm onların düşüncələrinə, psixikalarına, ən önəmlisi sağlamlıqlarına mənfi təsir göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, oxunan hər bir bədii əsər insanlarda humanizm, insanpərlik, səmimiyyət, ətrafa diqqət və qyğı hislərini artırır. Tam orta məktəb səviyyəsində aldığımız biliklərə məhz kitablar vasitəsilə nail oluruq. Və daha sonra biz fiziki olaraq böyüdükcə düşüncələrimiz, həyata və cəmiyyətə baxışlarımız da böyüyür. Bu nöqteyi nəzərdən biz yaşımıza uyğun olaraq, daha çox tarixi, fəlsəfi, elmi kitabların oxunmasına üstünlük verməliyik. Lakin etiraf etmək lazımdır ki, indi bu ənənə sanki qeybə çəkilir. İnsanlar virtuallaşaraq bütün məlumatları virtual olaraq almağa çalışırlar. Bu da insanlar arasındakı səmimi ünsiyyətin get- gedə yoxa çıxmasına səbəb olur. Kitaba olan etinasızlıq bizi real aləmdən də uzaqlaşdırmış olur. Məhz bu zərurətdən irəli gələrək kitab oxumağa marağı hansı yolla olursa olsun, artırmaq vacibdir”
Nuriyyə Hüseynova onu da qeyd edib ki, layihələrinin əsas məqsədləri də məhz, gənclərin dünyagörüşlərində kitabın rolunu göstərməkdən ibarətdir.
Qurbanəli Ömər





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR