Sumqayıtda hava

Cəmiyyət

“Saz milli sərvətimizdir” müsabiqəsi başlayır - GƏNC AŞIQLARIN NƏZƏRİNƏ

“Saz milli sərvətimizdir” müsabiqəsi başlayır - GƏNC AŞIQLARIN NƏZƏRİNƏ

 

“Saz milli sərvətimizdir” müsabiqəsi başlayır - GƏNC AŞIQLARIN NƏZƏRİNƏ



Gənclər Fondundan aşıq sənətinə dəstək
"Saz milli sərvətimizdir” adlı müsabiqəyə start verilib.
Gənclər Fondunun dəstəyi ilə "Saz milli sərvətimizdir” adlı müsabiqəyə start verilib. Bu barədə layihənin rəhbəri Sevinc Nəcəfova məlumat verib. Onun sözlərinə görə aşıq sənətinə dəstək məqsədi ilə həyata keçirilən layihənin mövzusuna uyğun gənc aşıqların üzə çıxarılması məqsədilə ilkin olaraq elan veriləcək və müsabiqəyə dəvət olunacaqlar:
"İlk öncə seçim turu keçiriləcək, müsabiqədə iştirak edəcək gənc aşıqlar seçiləcək. Daha sonra seçilmiş gənc aşıqlar müsabiqədə iştirak etmək şansı əldə edəcək. Layihəyə könüllü olaraq dəvət olunmuş ustad aşıqlar layihənin münsifləri olacaq”.
S.Nəcəfova həmçinin onu da qeyd edib ki, müsabiqədə 14-29 yaş arasında olan 20 nəfər gənc aşıq iştirak edəcək:
"Layihəmizin əsas məqsədi sazın milli sərvətimiz olmağını bir daha gənclərə aşılamaq, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsində sazın rolunu təbliğ etmək və gənclərin milli-mənəvi dəyərlərimizə münasibətini müəyyənləşdirməkdən ibarətdir. Gələcəkdə bu layihənin davamı kimi bölgələrimizdə saz-söz sənətini sevən və ona dəyər verən yeniyetmə və gənclərimiz üçün də belə müsabiqələrin təşkil olunması, yeni nəslin bu sənətə marağının artırılmasında mühüm rol oynaya bilər”.
Xatırladaq ki, layihə Bakı şəhərində keçiriləcək.
Müəllif: Qurbanəli Ömər 

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR