Sumqayıtda hava

Cəmiyyət

Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi

Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi

 

Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi

 

Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi



Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada şair, pedaqoq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi ilə əlaqədar "Oxucu ilə üz-üzə” adlı tədbir keçirildi.
"Yenisumqayit.az"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sumqayıt MKS-nin direktoru Y.Əhmədova şairi 80 illik yubileyi münasibətilə təbrik etdi və ona xoş arzularını çatdırdı.
AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək tədbirin təşkilində verdiyi dəstəyə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə təşəkkürünü bildirdi. Əvəz Mahmud Lələdağın yaradıcılığı haqqında səmimi fikirlərini bildirdirən Sabir Sarvan sözü oxuculara verdi.
Oxucuların suallarını cavablandıran ağsaqqal şair uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən, Qərbi Azərbaycanda keçirdiyi günlərdən və məlum hadisələrlə bağlı üzləşdiyi çətinliklərdən, pedaqoji fəaliyyətindən söhbət açdı, torpaqlarımızın işğalına həsr olunan şeirlərini oxudu.
Şair həmçinin, oxucuları maraqlandıran müəllim-şagird münasibətləri, bu günkü gənclik və davranış qaydaları və digər mövzularla bağlı fikirlərini bildirdi.
Tədbirdə şairlər Əşrəf Şəfiyev, Rüzgar Cəbiyev, Asif Asiman, Namiq Dəlidağlı, Əli Nəcəfxanlı və digərləri çıxış edərək yubilyarı təbrik etdilər.
Sonda şair Əvəz Mahmud Lələdağ çıxış edərək tədbirin təşkilatçılarına ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirdi və şeirlərini ifa edərək tədbiri yekunlaşdırdı.

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR