Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlılar istilik sarıdan əziyyət çəkməyəcəklər

Sumqayıtlılar istilik sarıdan əziyyət çəkməyəcəklər



"Azəristiliktəchizat” ASC-nin "Sumqayıtistiliktəchizatı" İdarəsinin rəisi Avtandil Nuriyevin Moderator.az-a verdiyi məlumata görə, Sumqayıt şəhərini payız-qış mövsümündə istiliklə təmin etmək üçün hal-hazırda 23 qazanxana fəaliyyət göstərir. Qazanxalarar mövsümə tam hazırdır:
"Şəhərin məhəllə və mikrorayonlarında yaşayan əhalinin istiliyə olan tələbatı yetərincə ödənilir. 2015-ci ildə şəhərin 17-ci mikrorayonu bütövlükdə, 18-ci mikrorayonun isə birinci yarımhissəsi istiliklə təmin olunur".
A.Nuriyev onu da qeyd edib ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsi Sumqayıt şəhərində müasir tipli muxtar qazanxanaların tkintisi dövlət investiyası hesabına planlı şəkildə aparılır. Bununla da yaxın gələcəkdə Sumqayıt şəhərinin istilik təchizatı yüksək səviyyədə təmin edilcəkdir:
"Dövlət Proqramında nəzərdə tutulduğu kimi, bu işlər mərhələli şəkildə aparılır və 2018-ci ildə başa çatdırılması planlaşdırılır".
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR