Sumqayıtda hava

Hadisə

Sumqayıtlı prezident vəfat etdi

Sumqayıtlı prezident vəfat etdi


AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti Yaşar Şamilov bu gün səhər saatlarında Sumqayıtdakı mənzilində vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat verib. Y.Şamilov səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

Məlumat üçün bildirək ki, Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad” daha sonralar "Xəzər” komandasının rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə "Tərəqqi” medalına layiq görülüb.

Ailəlidir, üç qız övladı var. Nəvəsi Vüqar Bəybalayev " Bakı” futbol klubunun futbolçusudur.


(Xeberle.com)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR