Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt gimnastları 22-ci Azərbaycan birinciliyində çıxış edəcək

Sumqayıt gimnastları 22-ci Azərbaycan birinciliyində çıxış edəcək



Dekabrın 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi keçiriləcək.
AZƏRTAC-ın məlumatına görə, yarışda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Neftçi”, "Spartak”, "Sərhədçi”, "Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksindən olan paytaxt idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də öz çıxışlarını nümayiş etdirəcəklər.
Yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq və alətsiz, halqa və topla, üç çıxışın cəmində çoxnövçülükdə ən güclü gimnastları müəyyən edəcəklər.
Elə həmin yaş kateqoriyasına daxil olan bədii gimnastlar yarışın ikinci günündə xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyəcəklər.
Fərdi proqramda isə yarışlara 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaq. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.
Turnirin sonuncu günündə yeniyetmələr və böyüklər halqa, top, gürzlər və lent ilə mübarizə aparacaqlar. Həmçinin dekabrın 19-u balacalar, yeniyetmələr və gənclər yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdar olacaq. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlararası ikinci kubok uğrunda yarışacaqlar.
Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa çempionatının bürünc mükafatçısı, "Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanmış Marina Durunda sevindirəcək. Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.
İlin sonuncu yarışı möhtəşəm qala-konsert ilə başa çatacaq.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR