Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlılar Prezidentə nə yazırlar? - MƏKTUBLAR

Sumqayıtlılar Prezidentə nə yazırlar? - MƏKTUBLAR



"YeniSumqayit.Az" dekabr ayı ərzində Sumqayıt şəhər sakinlərinin Prezident İlham Əliyevə yazdığı məktublardan bir neçəsinin mətnini təqdim edir.
Məktublarda Prezident İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısından, şəhərimizin gündən-günə gözəlləşməsindən, şəhərin məhəllə və mikrorayonlarında həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıq ifadə olunur.
Prezidentin rəsmi saytında yerləşdirilmiş məktublardan bir neçəsinin mətnini təqdim edirik:

Əlizaman Məlikov:
Hörmətli cənab Prezident!
Sizin Sumqayıta olan diqqətiniz və qayğınız sayənizdə şəhərimiz gündən-günə gözəlləşir. Görülən işlər, abadlaşan küçələr, xiyabanlar, asfaltlanan yollar adamı valeh edir.
Möhtərəm cənab Prezident, bütün bunlara Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız. Həmişə var olun. Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Dünyada ən gözəl nə varsa, hamısı Sizin olsun. Sizin və sevdiklərinizin üzündən xoşbəxtlik və gülüş heç zaman əskik olmasın.

48-ci məhəllənin ağsaqqalları adından Mirzahid Seyfullayev və başqaları:
Hörmətli cənab Prezident!
Biz - Sumqayıt şəhəri, 48-ci məhəllə sakinləri şəhərimizə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Son vaxtlar şəhərimizdə aparılan abadlıq və quruculuq işləri yaşadığımız 48-ci məhəllədə də müşahidə olunur. Məhəlləmizin daxili yolları tamamilə asfaltlanıb, binaların dam örtükləri yeniləri ilə əvəzlənib. Görülən bütün işlər sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır.
Möhtərəm cənab Prezident, biz sumqayıtlılar Sizi daim dəstəkləyir və işlərinizdə Sizə müvəffəqiyyətlər arzu edirik.

Müzəffər Qəhrəmanov:
Hörmətli cənab Prezident!
Sumqayıt sakinləri adından Sizi salamlayır və işlərinizdə uğurlar arzulayırıq. Son vaxtlar şəhərimizdə gedən abadlıq və quruculuq işləri bizim mikrorayonda da öz əksini tapıb. Mikrorayonda məhəllədaxili yollar asfaltlanıb, binaların dam örtükləri yenilənib, həyətlərdə işıqlandırma sistemi quraşdırılıb.
Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR