Sumqayıtda hava

Cəmiyyət

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR



Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgi keçirililib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, Sərgidə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra başçısı sərgidə nümayiş olunan rəsm əsərlərinə tamaşa edib.
Sərgidə Vaqif Nəzirov, Fazil Abasquluzadə, Murad Kərimov, Nizami Dadaşov, Osman Salmanov, Namiq Cavad, İntiqam Cəfərov, Emin Nəbiyev, Nəsibə Şükürova, Nigar Qurbanova, Məşədi Qafarzadə Vidadi, Əli Qafarlı, Mikayıl Abdullayev, Yusif Kətanov, Ellada Həsənova, Gülşən Ağayeva, Pərviz Mahmudov, Orxan Əhmədov, Şahin Quliyev, Tofiq Əhmədov, Dilşad  Hüseynovanın müxtəlif texnikalarda işlənmiş 3 ədəd qrafika, 91 ədəd rəngkarlıq, 19 ədəd keramika, 9 ədəd xalça və 3 ədəd dekorativ tətbiqi sənət əsəri daxil olmaqla ümumilikdə 103 sənət nümunəsi nümayiş olunub.
Sərgini giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov şəhərdə görülən abadlıq və quruculuq işlərindən danışaraq sərgidə iştirakına görə icra başçısına mədəniyyət işçiləri adından təşəkkürünü bildirib.
Daha sonra rəssam Nəsibə Şükürova çıxış edərək rəssamlara göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinə, o cümlədən, Dövlət Rəsm Qalereyasına, sərgidə iştirakına və rəssamlara veridiyi dəyərə görə icra başçısına təşəkkür edib.
Rəssamları diqqətlə dinləyən, problemləri ilə yaxından maraqlanan icra başçısı Zakir Fərəcov çıxış edərək onları təbrik edib, bundan sonra da onlara xüsusi diqqət ayıracağını, köməklik göstərəcəyini bildirib, uğurlar arzulayıb.
Tədbirdə S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin şagird və müəllim kollektivi klassik əsərlərdən ibarət musiqi nömrələri səsləndirib.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR

 

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR

 

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR

 

Zakir Fərəcov Sumqayıt rəssamlarının "Rənglərin aləmi" sərgisində - FOTOLAR

 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR