Sumqayıtda hava

Manşet, Siyasət

Ermənistan daha ağır və sarsıdıcı itkilər verəcək

Ermənistan daha ağır və sarsıdıcı itkilər verəcək


Azərbaycan Respublikası Müdafiə Nazirliyi ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti təxribatları ilə əlaqədar olaraq məlumat yayıb. Məlumatda bildirilir:

Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edirik ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.

Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR