Sumqayıtda hava

Manşet, Cəmiyyət

Səyyar ASAN xidmət Hacı Zeynalabdin Tağıyev qəsəbəsində

Səyyar ASAN xidmət Hacı Zeynalabdin Tağıyev qəsəbəsində



5 - 20 dekabr tarixlərində Səyyar ASAN xidmət Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəsəbə sakinlərinə səyyar formada xidmət göstərəcək.
"Yenisumqayit.az"ın ASAN Xidmətə istinadla verdiyi məlumata görə, səyyar xidmət qəsəbənin Səttar Bəhlulzadə küçəsi 8 ünvanında (Qəsəbə Bələdiyyəsinin yaxınlığında), saat 10:00-18:00 arası fəaliyyət göstərir, 14:00-15:00 isə nahar fasiləsidir.
16 gün ərzində aşağıdakı xidmətlər göstərilir:
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
- Notariat fəaliyyəti
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
- Foto xidməti
- Tibb xidməti
Xidmətlərlə bağlı (+994 12) 9108 nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərsiiz. 
 
 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR