Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda 4 məktəb direktorunun işdən çıxarılması təsdiqləndi - RƏSMİ



Sumqayıtda yaşı 65-dən yuxarı olan 4 ümumtəhsil məktəbinin direktoru təqaüdə göndərilib.
Bu haqda Xeberle.сom-a Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Teymur Səmədov məlumat verib. O deyib ki, bu tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Şöbə müdiri bildirib ki, 11 saylı məktəbin direktoru Ofelya Babayeva, "Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva, 27 saylı məktəbin direktoru Əlifxan Məmmədov və 40 saylı məktəbin direktoru Ofelya Quliyevanın dekabrın 7-də işdən azadolunma haqqında əmrləri verilib. Onun sözlərinə görə hazırda həmin məktəblərə yeni direktorlar təyin olunmayıb və bu vəzifələr müvəqqəti icra edilir. Məlumat üçün bildirək ki, hazırda 11 saylı məktəbin direktoru vəzifəsini Sumqayıt Təhsil şöbəsinin metodisti Ulduzə Həsənova, 27 saylı məktəbdə Tarix müəllimi Valid Mustafayev, "Təfəkkür” liseyində və 40 saylı məktəbdə isə direktor müavinləri icra edir.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.
Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisəsidir.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR