Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Bayram hər evdə yaşansın” aksiyası keçirilir

Sumqayıtda “Bayram hər evdə yaşansın” aksiyası keçirilir



Sumqayıt şəhərində aztəminatlı ailələr üçün "Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına başlanıb.
"Sumqayitxeber.com” xəbər portalı və "SOS Uşaq Kəndləri - Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin birgə təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində Sumqayıt şəhərində yaşayan ən azı 50 aztəminatlı ailəyə bayram sovqatının təqdim olunması planlaşdırılır. Bayram günündə ailələri sevindirmək istəyən şəxslər aksiyaya qoşula bilərlər.
Xeyriyyə aksiyası dekabr ayının 27-nə kimi davam edəcək və 26-27 dekabr tarixlərində bayram sovqatı ailələrə təqdim ediləcək.
Aksiyaya qoşulmaq istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilər:
Ünvan: "SOS Uşaq Kəndləri – Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin ofisi, Sumqayıt şəhər 4-cü mikrorayon, 29/4, mənzil 3.
Əlaqə telefonları:
Ofis: 65 4 82 09
Mob: 055 277 44 19, 055 209 45 00
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR