Sumqayıtda hava

Redaktorun Seçimi, Xidmət

Sumqayıtda London təcrübəsi - BU BİR İLKDİR

Sumqayıtda London təcrübəsi - BU BİR İLKDİR



Sumqayıtda London Universitetlərinin tədris təcrübəsi əsasında fəaliyyət göstərən LLBS - London Language and Business School-un yeni ofisinin açılışı olmuşdur.
"Xeberman.com"un məlumatına görə mərkəz ilk dəfə qeyri-universitet olaraq 1 illik "A-level Foundation" ingilis dili proqramının tədrisini həyata keçirəcək. Bu proqram imkan verir ki, 1 il ərzində istənilən şəxs ingilis dilini akademik səviyyədə öyrənsin və İELTS sertifikatı alsın. LLBS 10-dan artıq London Universitetini tərəfdaşıdır. Bu proqramı tam bitirən tələbələr 10-dan artıq London Universiteti tərəfindən heç bir imtahansız qəbul məktubu alacaqlar.
Tədbiri giriş sözü ilə LLBS-in direktoru Orxan Həsənov açmışdır. O İngiltərədə yaşadığı illərdə aldığı təhsil təcrübəsindən, Sumqayıt şəhərinə gətirmək istədiyi yeniliklərdən danışdı. Qeyd etdi ki, düzgün təhsil cəmiyyətin inkişafının ən düzgün yoludur, LLBS-in amalı insanlara düzgün təhsil verməkdir. Bunun üçün çox peşəkar, ingilis dilini və digər ixtisasları mükəmməl bilən kadrlar bir araya gətirilib.
Daha sonra tədbirə gəlmiş qonaqlar, müəllim və tələbələr öz ürək sözlərini demiş, növbəti illərdə LLBS heyətinə uğurlar arzılamışlar.
Qeyd edək ki, Mərkəzdə danışıq ingilis dili kursları, rus dili kursları, Mühasibat Uçotu kursu, ofis proqramları kursu, conversation klublar, gənclər üçün ödənişsiz fərdi inkişaf təlimləri keçiriləcəkdir.
Mərkəz hal-hazırda Sumqayıtın tam mərkəzində, Sülh Plazada (Mərkəzi Avtovağzalın yanı) yerləşir. 
Əlaqə tel: 070 652 13 11
 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR