Sumqayıtda hava

Manşet, Redaktorun Seçimi, Cəmiyyət

Finlandiyalı qonaqlar cəbhə bölgəsində olublar

Finlandiyalı qonaqlar cəbhə bölgəsində olublar

Finlandiyalı qonaqlar cəbhə bölgəsində olublar


"Yeni Sumqayıt"ın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa respublikamızda yaradıcılıq ezamiyyətindədirlər. Onlar Azərbaycan haqqında yeni sənədli televiziya filiminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər etmiş, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görmüş, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşmüşlər.
Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar ölkələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar qeyd etmişlər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər.
Əgər əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer vermişdilərsə, növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoymuşlar.
Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğul itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın qaçqınlarının vətən həsrəti və döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirmişdir. Kənd qəbirstanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olmuşlar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR