Sumqayıtda hava

Cəmiyyət

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR

 

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR



Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub.
Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təbrik nitqi ilə çıxış edərək kitabxana işçilərini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları və pul mükafatları, döş nişanları ilə təltif edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bir neçə kitabxana işçisinin "Tərəqqi” medalı və "Əməkdar Mədəniyyət İşçisi” fəxri adlar almaları haqqında imzaladığı fərmanı oxunub.
Tədbirdə bir sıra uşaq bədii özfəaliyyət kollektivləri ilə yanaşı Sumqayıt şəhər "Dostluq” mədəniyyət evinin "Şahinlər” uşaq rəqs ansamblı çıxış edib.
Daha bir tədbir Bakı Müzeylər Mərkəzində baş tutub. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Xalq Sənətkarlarının İnteraktiv Sərgisi” keçirilib.
Sərgidə Bakı, habelə Respublikanın 40-dan artıq rayon və şəhərindən 150 müəllifin 700-dən artıq əl işi nümayiş olunub. Xalq sənətkarlarının iştirakı ilə rəngkarlıq, xalçaçılıq, heykəltaraşlıq, toxuculuq, misgərlik, ağac üzərində oyma və incəsənətin digər sahələri üzrə təsviri və dekorativ sənət nümunələri i nteraktiv formatda təqdim edilib.
Sərgidə Sumqayıt şəhər "Dostluq” mədəniyyət evində fəaliyyət göstərən "Musiqi alətlərinin bərpası və istehsalı” sexinin ustası Habil Salmanovun on yeddi əl işi və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovanın "Bakı” adlı rəsm əsəri nümayiş etdirilib. Habil Salmanov diplom, Ellada Həsənova fəxri fərmanla mükafatlandırılıb.
 

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR

 

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR

 

“Dostluq” mədəniyyət evinin kollektivi Respublika səviyyəli tədbirlərdə iştirak edib - FOTOLAR

 


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR