Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın polis bölmələrində monitorinq keçirilib



Milli Preventiv Qrupun üzvləri Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə və polis bölmələrinə başçəkmələr həyata keçirmişlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə, habelə həmin idarənin 1-ci və 4-cü polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirmişlər.
"Yenisumqayit.az"ın Ombudsman Aparatının saytına istinadla verdiyi məlumata əsasən, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin və mövcud ehtiyacların öyrənilməsi olmuşdur.
Başçəkmə çərçivəsində Sumqayıt ŞPİ-nin MSY-nin bütün kameralarına baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma, sovqat və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər, habelə saxlanılma şəraitinin təmin olunması vəziyyəti yoxlanılmış, mövcud çətinliklər yerində araşdırılmışdır.
MSY-nin müasir standartlara uyğun qurulduğu və saxlama şəraitinin təkmilləşdirildiyi müşahidə olunmuşdur.
MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilmiş, müraciətləri cavablandırılmış, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuş, hüquqi məsləhətlər verilmişdir. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməmişlər.
Adı çəkilən MSY-nin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun müvafiq tövsiyələr verilmişdir.
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaqdır.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR