Sumqayıtda hava

Cəmiyyət

Dünyada 5-ci yerdəyik

Dünyada 5-ci yerdəyik


Azərbaycan dünyanın ən xoşbəxt ölkələrin siyasında beşinci sırada qərarlaşıb.

"Gallup" araşdırma şirkəti tərəfindən 2014-cü il üçün 65 ölkədə 64 min nəfər arasında aparılan xoşbəxtlik sorğusunda Fici Respublikası ilk yeri tutub. Bu ölkədə sorğunu cavablandıranların 93 %-i xoşbəxt olduğunu bildirib. Siyahıda növbəti yerləri müvafiq olaraq Kolumbiya, Nigeriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Hindistan, Panama, Argentina, Finlandiya və İndoneziya tutur.

Sorğunun nəticələrinə görə, bu il keçən ilə nisbətən xoşbəxt olduğunu deyənlərin sayı 10 % artaraq 70 %-ə çatıb.

Ən bədbəxt insanların yaşadığı ölkə isə İraq olub. Sorğuya qatılan iraqlıların yalnız 31 %-i xoşbəxt olduğunu qeyd edib. Yunanıstan, Bolqarıstan və Serbiya da İraq kimi son sırada qərarlaşıblar. Qardaş Türkiyə də ən bədbəxt 10 ölkə siyahısına düşüb. "Gallup"ın sıralamasında Türkiyə 56-cı yerdə qərarlaşıb.

Bu ilin ən xoşbəxt iki qitəsi Afrika və Asiyadır. Bu iki qitədə yaşayanlar 2015-ci ilə ümidli baxırlar. Gələn ilin yaxşı bir il olacağına inanan ölkələrin başında Nigeriya gəlir. Ən pessimist ölkə isə Livan olub.

Qərbi Avropa isə ən bədbəxt bölgələr arasında yer alıb. Qərbi Avropa ölkələrində yaşayanların yalnız 12 %-i 2015-ci ildə iqtisadiyyatın daha yaxşı olacağına inandığını deyib.

Dünya üzrə sorğuya qatılanların 42 %-i yeni ilin rifah gətirəcəyi fikrində olduğunu bildiriblər.

Sorğuda "Ölkən üçün döyüşərsən ?" sualına cavablar heyrətləndirici olub. 1-ci Dünya Müharibəsinin başlamasının 100-cü ilinin anıldığı 2014-cü ildə bu suala cavab verənlərin 60 %-i "bəli" cavabını verib. "Xeyr" deyənlərin isə faiz nisbəti 27 olub. Bu sualı müsbət cavablandıranların sayı Yaxın Şərq və Şimali Afrikada 77 % olub. Asiya üzrə bu rəqəm 71 % göstərilib. Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 44 %-i döyüşməyə istəkli olduğunu deyib.


(ANS PRESS)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR