Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda iki min şagirdə şəxsiyyət vəsiqəsi verilib

Sumqayıtda iki min şagirdə şəxsiyyət vəsiqəsi verilib

 

Sumqayıtda iki min şagirdə şəxsiyyət vəsiqəsi verilib



"ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsi davam etdirilir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN xidmət” Mərkəzinin direktoru Ramal Sabirli AZƏRTAC–a bildirib ki, "Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başlayıb. Layıhə noyabrın 24-dən mayın 1-dək 47 məktəb üzrə 50 minə yaxın şagirdi əhatə edəcək. Aksiya çərçivəsində bu günədək Sumqayıtda 2000-ə yaxın şagirdə şəxsiyyət vəsiqəsi verilib. Layihənin uğurla həyata keçirilməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və Muğanbank "ASAN xidmət”ə yaxından dəstək olurlar.
Aksiyanın məqsədi şagirdlərin "ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR