Sumqayıtda hava

Cəmiyyət

Millət vəkili Tahir Mirkişili İnternat Məktəbində müəllimlərlə görüşdü

Millət vəkili Tahir Mirkişili İnternat Məktəbində müəllimlərlə görüşdü

 

Millət vəkili Tahir Mirkişili İnternat Məktəbində müəllimlərlə görüşdü



Sumqayıt şəhəri Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqların İnternat Məktəbinin akt zalında "Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili də tədbirdə iştirak edib.
Millət vəkili Tahir Mirkişili çıxışında hazırda şəhərdə görülən bütün işlərin şəhər sakinlərinin rahatlığına hesablandığını və bu işlərin fundamental işlər olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, bütün iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasında kadr faktoru dayanır və Sumqayıt şəhəri ölkənin çox böyük kadr bazasıdır. Peşəkar kadrların yetişməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayan millət vəkili müəllimlərə bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb.
Məktəbin direktoru Ayət Kərimova və digər çıxışçılar vurğulayıb ki, son aylar Sumqayıt şəhərində abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub, şəhərin simasını daha da müasirləşdirəcək yeni layihələrinin həyata keçirilməsinə başlanılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında hazırda şəhərin bütün ərazilərində aparılan tikinti-quruculuq, problemlərinin həll olunması istiqamətində görülən genişmiqyaslı işləri alqışladıqlarını bildiriblər.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR