Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR



Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və "Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Region Gəncləri Sahibkarlıq Fəaliyyətində” layihəsi çərçivəsində 19-20 və 26-27 dekabr 2015-ci il tarixlərində Sumqayıt şəhərində gənclərə biznes bacarıqları mövzusunda təlim təşkil edilmişdir.
"Yenisumqayit.az"a verilən məlumata görə, təlimin açılış mərasimində layihənin koordinatoru Rafiq İsmayılov, ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən, habelə təlimin məqsəd və vəzifələri haqqında öz fikirlərini bölüşüblər.
Daha sonra təlimçi Kənan Aslanlı 4 günlük təlimin strukturu haqqında qısa məlumat vermişdir. 4 günlük təlimdə gənclər biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi haqqında nəzəri biliklərə yiyələnmişdir. Gənclər biznes ideyanın seçilməsindəki əsas meyarlar, habelə marketinq araşdırmasında metodologiyaları, habelə biznes planın tərtibində maliyyə vəsaitlərinin, risklərin hesablanması, onların texniki əsaslandırması, maliyyə axını və xərclərin hesablanması və digər elementləri 5 işçi qrupunda praktiki formada tətbiq etdilər. Təlim iştirakçıları təlimdə fermer təsərrüfatının təşkili, kinoteatr, FM radio, İKT-yə əsaslanan biznes həll şirkətləri üzərindən biznes ideyaları seçərək əldə edilən nəzəri bilikləri praktiki formada tətbiq etdilər.
Təlimin sonunda təlim iştirakçılarına sertfikat, habelə layihə çərçivəsində nəşr edilmiş "Gənclərin Sahibkarlıq Fəaliyyəti üçün Əyani Vəsait” kitabı paylanılmışdır.
Ümumilikdə layihə çərçivəsində Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 75 gəncə sahibkarlıq bacarıqları mövzusunda 4 günlük təlim keçirilmişdir.

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR

 

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR

 

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR

 

Sumqayıtda “Region gəncləri sahibkarlıq fəaliyyətində” layihəsinə yekun vurulub - FOTOLAR

 


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR