Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov ümumşəhər bayram tədbirində iştirak edib

Zakir Fərəcov ümumşəhər bayram tədbirində iştirak edib

 

Zakir Fərəcov ümumşəhər bayram tədbirində iştirak edib


Dekabrın 29-da Sumqayıt şəhərində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.
"Qərb Saray”-da keçirilən bayram tədbirini giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açıb. Şəhər İH başçısı yığıncaq iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” bayramları münasibəti ilə təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Sumqayıt şəhərində də sürətlə aparılmasından danışıb.
Tədbirdə şəhər İH Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi nümayəndələri, məktəb və bağçaların pedaqoji kollektivləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak edib, 2015-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsil və idmanda fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib, şəhərin musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.
Tədbir iştirakçılarına bayram süfrəsi açılıb.
Sonda Heydər Əliyevin adını daşıyan parkda atəşfəşanlıq olub.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR