Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt sakini bağçadan icra başçısına şikayət edir



Sumqayıt Şəhəri 9-cu mikrorayon 6/23 ünvanında yaşayan Əmiraslanov Emil Məmmədşah oğlu redaksiyamıza müraciət edərək 2 ildir uşağını bağçaya yerləşdirə bilmədiyini bildirib. Şikayətçi "168 saat" vasitəsilə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət etmək istədiyini bildirib və məktunun dərc edilməsini xahiş edib.
Məktubu olduğu kimi çap edirik:
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcova
Hörmətli Zakir müəllim, Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində ölkəmizdə aparılan uğurulu inkişaf siyasəti, ilk növbədə vətəndaşlarımızın rifah halında, onların sisoal həyat şəraitinin yaxşılaşmasında öz əksini tapır. Cənab Prezidentin dediyi kimi, bütün aparılan işlərin və siyasətin əsas məqsədi Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Bu gün Sizin rəhbərliyiniz altında şəhərimizdə başlanılan abadlıq-quruculuq işləri Sizin dövlət başçısının siyasətini layiqincə yerinə yetirmənizin ifadəsidir.
Mən artıq 10 ildən artıqdır ki, mətbuat sahəsində çalışıram. Şəhərimizin rəhbərliyi olaraq sizdən təhsil sahəsində qarşılaşdığım problemdə bizə kömək etməyinizi xahiş edirəm.
Belə ki, 1 ildən artıqdır ki, oğlumu yaşadığımız ünvandan 10-15 metr aralıda yerləşən Sumqayıt şəhər 51 saylı Körpələr Evinə yerləşdirmək istəsək də, müəssisə rəhbəri Sevinc İskəndərova tərəfindən kobudluq hallları ilə qarşılaşırıq. Dəfələrlə uşağımızın, evimizin bir neçə metrliyində yerləşən bu bağçada tərbiyə alması üçün müraciət etsək də, bizi nümayişkəranə şəkildə, hətta hədələyərək müəssisədən qovublar. İş o yerə çatıb ki, müdirənin sürücüsü belə, mən də daxil olmaqla ora gələn valideynləri hədə-qorxu ilə oradan uzaqlaşdırmaqdan çəkinmir. Biz müəssisə rəhbərliyi ilə görüşmək istəyimizi dilə gətirəndə müdirənin sürücüsü nümayişkaranə şəkildə "Çıxın çölə. Yoxsa indi polis çağıracam” deyərək, bizi oradan uzaqlaşdırır. Körpələr Evinin rəhbərliyi açıq şəkildə bildirir ki, uşağınızı hara istəyirsiniz ora da aparıb qoyun. Halbuki mən öz körpə oğlumu bura yerləşdirmək üçün ən azı bir ildir ki, gözləyirəm. Artıq oğlum 3 yaşını keçib, amma biz hələ də eyni cavabı alaraq, süründürməçiliyə məruz qalmışıq. 
Uşağı tezliklə bağçaya qoymasaq, onun tədris sahəsində yaşıdlarından geri qalacağı qaçılmazdır. Ən dəhşətlisi odur ki, biz yerli sakinlər qıraqda qala-qala,  şəhərin ən uzaq yerlərindən valideynlər öz uşaqlarını bu müəssisəyə gətirib yerləşdiriblər. İndi biz evimizin yaxınında yerləşən Körpələr Evini qoyub öz uşağımızı hara aparaq?
Hörmətli Zakir müəllim, Siz təhsil müəssisələrində, bağçalarda işin düzgün təşkil olunması ilə bağlı elə ilk gündən ciddi tapşırıq vermisiniz. Odur ki, Sizə etdiyim bu müraciətin cavabsız qalmayacağına əminəm.
Bir valideyn olaraq xahiş edirəm ki, körpəmizin taleyi ilə bağlı narahatçılığımıza son qoymaq üçün səsimizə səs verəsiniz.

Hörmətlə,
Emil Əmiraslanov
Əlaqə telefonu: 055 435 75 10





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR