Sumqayıtda hava

İqtisadiyyat

Neft və neft məhsullarının ixracı göstəriciləri

Neft və neft məhsullarının ixracı göstəriciləri


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ildə Şirkət tərəfindən ixrac edilmiş xam neft və neft məhsulları həcmləri barədə məlumat yayıb.

"Yeni Sumqayıt"ın ARDNŞ-nin rəsmi saytına istinadla verdiyi xəbərə əsasən 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton, Ceyhan limanından 2 milyon 194 min 300 ton xam neft ixrac edilib.
Ümumilikdə il ərzində ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 957 min 390 ton, Ceyhan limanından isə 20 milyon 483 min 248 ton xam neft ixrac edilmişdir (SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir).
Qeyd edək ki, dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılmışdır.

Bununla yanaşı ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin dekabr ayında 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac etmişdir.
Ümumilikdə, 2014-cü il ərzində 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilmişdir.
2014-cü ilin dekabr ayında dünya bazarında 1 ton üçün etilləşdirilmiş benzinin qiyməti - 563,85 dollar, təyyarə yanacağının - 608,02 dollar, dizel yanacağının - 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 323,98 dollar təşkil etmişdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR