Sumqayıtda hava

Cəmiyyət

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı



Sumqayıtın mədəniyyət işçiləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili əsgər və zabitlərimizlə birgə qeyd ediblər.
Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, C.Cabbarlı adına mədəniyyət evinin kollektivi Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin solistlərinin ifasında xalq və bəstəkar mahnıları oxunub, "Turan” rəqs qrupunun çıxışı əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.
Corat qəsəbə mədəniyyət evinin kollektivi də əsgərlərimizi öz ifaları ilə sevindiriblər. Tanınmış ifaçı Təhmiraz Şirinovun və gənc ifaçıların çıxışı əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaradıb.
Şəhər Mədəniyyət evinin kollektivi Sərhəd qoşunlarının hərbi hissələrində konsert proqramı ilə çıxış edib. Konsertdə meyxana ustadı Ədalət Daqlının, mədəniyyət evinin "Zəminxarə” instrumental ansamblının və solo ifaçıların çıxışı əsgər və zabitlərimizn marağına səbəb olub. Tədbirdə Şaxta baba hərbçilərin övladlarını bayram hədiyyələri ilə sevindirib.
4 saylı şəhər klubunun kollektivi öz ifaları ilə əsgərlərimizə xoş ovqat bəxş ediblər. Belə ki, klubun "Meqa” və qızlardan ibarət "Mehriban” rəqs qrupları, "Bülbüllər” vokal qrupu, "Zirvə” instrumental ansamblının solistləri əsgər və zabitlər arasında xoş ovqat yaradıblar. Tədbirdə bayramın atributu olan Şaxta babanın yeni il təbriki əsgərlərimizin sevincinə səbəb olub.
"28 May” mədəniyyət evinin "Ravil” rəqs qrupu və solistləri də öz çıxışları ilə hərbi hospitalda müalicə alan əsgər və zabitlərimizi təbrik edib.
Qeyd edək ki, kollektivlərimiz çıxışlarına görə hərbi hissə rəhbərlikləri tərəfindən yüksək qiymətləndirilərək fəxri fərmanla təltif olunublar.

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Mədəniyyət işçiləri əsgər və zabitlərimizi də unutmadı

 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR