Sumqayıtda hava

Elan

Sumqayıtda “Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsinin ilk seminarı keçiriləcək

Sumqayıtda “Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsinin ilk seminarı keçiriləcək



Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elməddin Mirzəzadənin "Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsinə start verildi.
"Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsi, gənclər arasında "ölüm zənciri” rolunu oynayan narkotik bəlasına qarşı mübarizə tədbiridir.
Lahiyə çərçivəsində 3 seminar nəzərdə tutulub. Seminarlar Sumqayıt və Lənkəran şəhərlərində baş tutacaqdır.

Seminarda:
- Narkotik vasitələr, onların yayılması, mühafizə olunma, uzaqlaşma yolları və daşıyıcı xəstəliklər barəsində təlim keçiriləcək. Seminar araşdırmlar əsasında baş tutacaq və dərin informasiyanı özündə əks etdirəcək.

Lahiyənin əsas məqsədi narkotik vasitələrdən uzaqlaşmaq və bunun yollarını cəmiyyətə kütləvi şəkildə çatdırmaqdan ibarətdir.

İLK SEMİNAR
16 yanvar saat 13:00, Reduco Tuition Center-də baş tutacaq.
Ünvan: Sumqayıt şəh. İsmət Qayıbov küçəsi, 211/1 (Gold Palace ilə üzbəüz )
Əlaqə: 055 703 88 94, 051 596 52 25

Seminarı sizlərə təqdim edəcək:
Emil Maqalov
12 dekabr 1976-cı il Gürcüstan doğumludur.
Sumqayıt Poltexnik Texnikumunu, Azərbaycan Dövlət Neft Akademiyasını və Sumqayıt Dövlət Universitetini fərqlənmə diplom ilə bitirib.
Hazırda Səhiyyə Nazirliyinin Riskin Azaldılması lahiyəsinin Sumqayıt üzrə koordinatoru və Narkomaniya-QİDS eksperti vəzifəsini daşıyır.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR