Sumqayıtda hava

Cəmiyyət

"Hər şeyə görə prezidentə şikayət etməliyik?!" - İnşaatçılar sakinlərindən ŞİKAYƏT



Bayram günləri "Azərişıq" İnşaatçılar qəsəbə sakinlərinə bayram hədiyyəsi edib. Qəsəbənin "Opitbaza" ərazisində yaşayan sakinlərin və "İnşaatçılar" klubunda məskunlaşmış məcburi köçkünlərin "168 saat"ın Qaynar Xəttinə verdiyi məlumata görə bayram günlərində onlar saatlarla işıqsız qalıblar.
"Son iki gündə 8 dəfə işığımız sönüb. İndi də işıq yoxdur. Belə də olmaz axı. Əvvəllər də burada fazanın biri sönürdü, ancaq gəlib müvəqqəti həll edib gedirlər. Bayram günlərində isə saatlarla işıqsız qalmışıq. Hər şeydən ötrü prezidentə, icra başçısına şikayət etmək lazımdır?! " - deyə sakinlər bildirib.
Məsələ ilə bağlı "Azərişıq"ın Sumqayıt Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, orda kəsilmələr xəttdəki nasazlıqla bağlı olub. Yenidən işçi qrupu əraziyə çıxıb.
Xəbər efirə verilən vaxtda da qəsəbənin "Opitbaza" ərazisində və "İnşaatçılar" klubunda elektirk enerjisinin verilişi kəsilib.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR