Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın adı 140 il öncə Britaniya mətbuatında

Sumqayıtın adı 140 il öncə Britaniya mətbuatında



Əksəriyyət Sumqayıtın tarixinin ən çoxu bir əsr olduğuna inanar. Əslində, bu, belə deyil. Bəli, Sumqayıt 1949-cu ildə şəhər statusu alanadək qəsəbə kimi mövcud olub. Amma növbəti bir sual yaranır, bəs qəsəbə - yaşayış massivi kimi nə vaxtdan salınıb? Məsələn, XIX əsrin 40–cı illərində rus səyyahı İ.Berezin xalq etimologiyasına əsaslanaraq öz qeydlərində göstərir:
"Sumqayıtın yaxınlığından çay axır, Sumqayıt və ya Suqayıt, hansı ki, türk dilində "Su qayıt” mənasını bildirir. Şəhərə ona görə belə bir ad verilib ki, guya çayın suyu istidə quruyur, yağışdan sonra əmələ gəlirdi ".
Yəqin ki, XIX əsrdə Sumqayıtın adının ingilisdilli mətbuatda hallanması bir çoxumuza maraqlı gələ bilər: üstəlik, buradan Tiflis şəhərinə yaxşı yolun olması fikirləri... Amma bu faktdır. "Xeberle.com"un məlumatına görə, belə ki, 23 may 1877-ci ildə Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin növbəti sayında Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki, Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur. Tiflisdən isə İrəvana.

 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR