Sumqayıtda hava

Manşet, Xidmət

Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR

Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Sumqayıtda "Fun world” adlı əyləncə mərkəzinin açılışı olub. 9-cu mikrorayon, Heydər Əliyev parkının çıxışına yaxın yerləşən mərkəz 3 mərtəbəlidir. 1-ci və 2-ci mərtəbəsi müxtəlif əyləncə aparatları ilə dolu oyun zalından ibarətdir. Həmçinin 1-ci mərtəbədə "fast food” kafe, 2-ci mərtəbədə isə karaoke otağı və uşaqlar üçün banket zalı fəaliyyət göstərir. Mərkəzin 3-cü mərtəbəsi isə böyük restorandır. Burada Azərbaycan, Türkiyə, Avropa mətbəxinin ən ləziz təamları müştərilərə təklif edilir. Restoranın ən son qatı isə yay terrasıdır. Burada isti aylarda istirahət etmək mümkün olacaq.
Xeberle.com-un məlumatına görə mərkəzin açılış günündə Sumqayıtın hər bir yerindən sakinlər xüsusən uşaqları ilə bu açılışda iştirak edib, mərkəzin təklif etdiyi xidmətlərdən yararlanıblar. Açılşda iştirak edən hər bir müştəriyə pulsuz kart təqdim edilib. Qeyd edək ki, həmin kart digər günlərdə ödənişli olacaq. Oyun aparatlarının və kafenin qarşısında böyük növbələr yaranıb. Daha çox ailəvi gələn sumqayıtlılar mərkəzin açılışından məmnunluq duyublar.
"Fun world”un qarşısında isə böyük səhnə qurulub, estradamızın ulduzlarının iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbir böyük atəşfəşanlıq ilə sona çatıb.

Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Şəhərimizin ilk əyləncə mərkəzi istifadəyə verildi – FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR