Sumqayıtda hava

Cəmiyyət

Abşeron sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib

Abşeron sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib


Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Mirzə Mənafov yaxalanıb.

"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, M.Manafova məxsus "Mersedes" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 6 kq narkotik vasitə, o cümlədən 1 kq heroin, 3 kq tiryək və 2 kq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR