Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda gərginlik: 200-dək mağaza sökülür

Sumqayıtda gərginlik: 200-dək mağaza sökülür



Sahibkarlar Prezident Administrasiyasının önünə toplaşmaq istəyirlər.
Sumqayıtın mərkəzi olan Sülh küçəsindəki mağazalar sökülür. İcraçılar bunu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə həyata keçirdiklərini deyirlər. Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, ərazidə 200-ə yaxın mağaza var və əksəriyyəti küpçəlidir.
Ərazidəki ilk söküntü "Ən ucuz market” adlı üçmərtəbəli mağazadan başlayıb. Mağaza "Əli MMC 94" mağazalar şəbəkəsinə daxildir. Mağazanın sahibi Vüqar Qələndərov deyir ki, obyekt şəxsi əmlakıdır, küpçəsi var. Hazırda həmin sənəd ilə bankdan kredit də götürüb:
"Şəxsi əmlakım zorla sökülür. Halbuki bu mağazaları Zakir Fərəcov Bələdiyyə sədri olanda satmışdı bizə. Hamımız banklardan kredit götürmüşdük, indi nə edəcəyik? Şəxsən mən "Access Bank"dan 1 milyon 200 min manat kredit götürmüşəm. Üçmərtəbəli mağazada 240 nəfər çalışır. Mağazanın sökülməsi bu qədər adamın işsiz qalması deməkdir”. 
Meydan TV əməkdaşının məlumatına görə, Zakir Fərəcovun bu qərarı şəhərdə ciddi gərginliyə səbəb olub. Sülh küçəsində obyekt sahibi olanlar baş verənlərlə bağlı Prezident Administrasiyasının önünə toplaşmaq istəyirlər. Sahibkarlar obyektlərinin söküləcəyi təqdirdə yüzlərlə adamın çörəksiz qalacağını deyirlər.

Sumqayıtda gərginlik: 200-dək mağaza sökülür


Sumqayıtda gərginlik: 200-dək mağaza sökülür


Sumqayıtda gərginlik: 200-dək mağaza sökülür

 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR