Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

Yanvarın 11-də «Azərikimya» İB-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi 25 nəfərlik nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Birliyin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə Universitetin Sənayenin təhlükəsizliyi və əməyin mühafizəsi, Mühəndis qrafikası, Üzvi kimya, Neftin, qazın kimyası və texnologiyası, Yüksək molekullu birləşmələrin texnologiyası, Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası, Fiziki və analitik kimya, Kimya texnologiyasının mühəndis əsasları və digər kafedraların müdirlərinin, aparıcı müəllimlərinin, həmçinin doktorant və magistrlərin, eyni zamanda "Azərikimya”nın aparıcı mütəxəssislərinin iştirak etdiyi görüşü giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqları səmimi salamlamış və dəvəti qəbul edib gəldiklərinə görə minnətdarlığını bildirmişdir. M.Babayev 2010-cu ildən bəri «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında görüş iştirakçılarına geniş məlumat vermişdir.
Sonra qonaqlara Azərikimya» İB-də 2010-cu ildən bəri görülmüş işlər və 2020-ci ilə qədər həyata keçiriləcək layihələri özündə əks etdirən slayd-şou təqdim olunmuşdur.
Görüşdə həmçinin perspektiv planlar – Kimya sənayesinin 2016-2019-cu illər üçün hədəfləri – Kimya Sənaye Parki, "SOCAR Polymer” layihəsi çərçivəsində tikilən Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatları, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olacaq Karbamid (Azot gübrəsi) zavodunun tikintisi, həmçinin 2020-ci ilin əvvəllərinə qədər tikilib istismara verilməsi planlaşdırılan 7 müxtəlif qurğu haqqında məlumat verilmiş, kadr hazırlığı məsələləri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda yaradılmış Təlim-tədris Mərkəzi, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr, eyni zamanda həyata keçirilən sosial yönümlü tədbirlər haqqında da geniş söhbət açılmışdır.
Görüşdə belə bir yekdil rəyə gəlinmişdir ki, bu qəbildən olan görüşlər davamlı xarakter alsın, bu da gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın detallarını özündə əks etdirən çərçivə sazişinin imzalanmasına vəsilə olsun. Görüşün sonunda «Azərikimya» İB adından ADNSU-nun rəhbərliyinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
Görüşdən sonra qonaqların "Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunmuş və onlar burada fəaliyyət göstərən istehsalat sahələri ilə yaxından tanış olmuşlar.

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun nümayəndə heyəti ilə görüş keçirilib

Rafiq Oday
Vüqar Abdullah (foto)

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR