Sumqayıtda hava

Cəmiyyət

İcra Hakimiyyəti açıqlama yaydı: “200 yox, 17 obyekt söküləcək”

İcra Hakimiyyəti açıqlama yaydı: “200 yox, 17 obyekt söküləcək”



Sumqayıt Şəhər İcra Hakimiyyəti son günlər sakinlər arasında obyektlərin söküntüsü ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.
”Sumqayitxeber.com” Sumqayıt Şəhər İcra Hakimiyyətinin "Sülh” küçəsində həyata keçiriləcək işlərlə bağlı açıqlamasını təqdim edir: 
2015-ci ilin sentyabr ayından başlayaraq Sumqayıt şəhərində həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işləri daha böyük zövqlə, bütün müasir tələblərə cavab verəcək şəkildə davam etdirilməkdədir. Şəhərin simasının daha gözəl şəkildə dəyişməsinə, xüsusən də şəhər əhalisinin rifahına xidmət edən bu möhtəşəm işlər hər bir Sumqayıt sakininin ürəyincədir. Lakin, bütün bunlara baxmayaraq Sumqayıtın mərkəzi küçələri də daxil olmaqla bəzi ərazililərdə, şəhərin baş planına uyğun olmayan, memarlıq və mənzil istismar qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində yerləşən bir çox qanunsuz tikilən obyektlər fəaliyyət göstərməkdədir. Xüsusi ilə də şəhərin giriş hissəsi sayılan, Sülh küçəsi istiqamətində, "Ən Ucuz Market” adlanan ticarət mərkəzidə daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər, qanunsuz  tikilən obyektlərin cərgəsinə daxildir.
Belə ki, həmin obyektlərin, şəhərin baş planına uyğun olmaması, magistral su, kanalizasiya boruları və telekomunnikasiya xətlərinin üzərində yerləşməsi, xüsusəndə yaşayış binalarına çox yaxın məsafdə tikilməsi, bina sakinlərinin istirahət hüququnu pozmaqla yanaşı, yaşayış binalarının təhlükəsizlik-mühafizə zolağı xəttini ciddi şəkildə pozmuşdur ki, bu halda binada baş verə biləcək istənilən yanğın hadisəsi zamanı yanğın söndürən maşınların manevr etməsinə imkan vermir. Bu da haqlı olaraq bina sakinlərinin narazılığına səbəb olmaqdadır. Bütün bunları nəzərə alan Suqmayıt şəhər İcra Hakimiyyəti bu qanunsuz tikilən obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində isə şəhər əhalisinin xoş istirahətini təmin etmək məqsədilə yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur. Bəzi kütləvi informasiya vasitələrində əsassız olaraq 170, bəzilərində isə 200 obyektin söküləcəyi barədə yanlış məlumatlar yayınlanmaqdadır. Lakin rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir. Eynilə ilə onu da qeyd etmək istərdik ki, heç də bizə uzaq olmayan bir tarixdə, həmin adı çəkilən küçədə çoxyaşlı ağacların kəsilərək yerində obyektlərin tikilməsinə şəhər əhalisi ilə yanaşı bir çox KİV-lərdə öz etirazlarını bilidirmişlər.
Bununla yanaşı "Sülh” küçəsinin hərəkət zolağında avtomobillərin qeyri-qanuni park edilməsi, həmin yolda tıxacların yaranmasına və əhalinin avtomobil yollarından keçməsində ciddi problemlər yaradırdı. Şəhər sakinlərinin haqlı narazılığına səbəb olan bu məsələinin həlli istiqamətində ilkin olaraq "Sülh” küçəsində avtomobillərin yol kənarında park edilməsi qadağan edilmişdir. Lakin atılan bu addım da problemi birdəfəlik həll etməmişdir. Xüsusilə də qeyd etmək lazımdır ki, bu problemin yaranmasının əsəs səbəbi, hələ Sovetlər Birliyi dönəmindən Sülh küçəsində məhz, avtodayanacaq kimi fəaliyyət göstərmiş ərazidə "Cavid” ticarət mərkəzi adlanan qeyri qanuni obyektin tikilməsidir. Bu barədə dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə vətəndaşlardan həm fərdi, həm də kollektiv şəkildə şikayətlərin daxil olmasını da xüsusi vurğulamaq lazımdır. Məhz bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti bütün bu problemlərin aradan qaldırılması məqsədilə qeyri qanuni tiklən "Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtodayanacağın tikilməsini zəruri sayır.



Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR