Sumqayıtda hava

Cəmiyyət

İcra başçısından məktəblərlə bağlı yeni qərar

İcra başçısından məktəblərlə bağlı yeni qərar



Zakir Fərəcov qadın müəllimlərə şalvar geyməyi qadağan edib.
Modern.az xəbər verir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsləhət bilib. O, qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencək-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.
Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təftiş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.
Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.
İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlər isə zəng edilərək çağrılır.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR