Sumqayıtda hava

Hadisə

Sumqayıtda iki nəfər özünü yandırdı - FOTO

Sumqayıtda iki nəfər özünü yandırdı - FOTO



Sumqayıtda 2 nəfər ehtiyatsızlıqdan özünü yandırıb.
Xeberle.com-un məlumatına görə, yanğın hadisəsi Sumqayıt şəhəri "Sülh” küçəsində Sənaye rayonu deyilən ərazidə baş verib. Belə ki, həmin ərazidə mövcud yarımtikilidə gözlənilmədən yanğın baş verib. Tüfeyli həyat tərzi sürən 2 nəfər ehtiyatsızlıqdan özlərinə od vurublar. Həddindən artıq spirtli içki qəbul edən yoldaşların köməyinə isə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib.
Vaxtında edilən müdaxilə nəticəsində alov ram edilib.
Hadisə zamanı müxtəlif yanıq xəsarətləri alan şəxslər Sumqayıt şəhər sakinləri Emil Quliyev və Vladim adlı tüfeyli həyat sürənlərdir. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.
İlkin müayinə zamanı vəziyyətlərinin ağır olduğu müəyyən edilən yaralılar Bakı şəhər 5 saylı Mərkəzi Yanıq xəstəxanasına aparılıb. 


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR