Sumqayıtda hava

Hadisə

Sumqayıtda müəllim sinifdə şagirdi amansızca döydü - VİDEO



Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.
ANS PRESS-ə daxil olan videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.
Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.

Sumqayıtda müəllim sinifdə şagirdi amansızca döydü - VİDEO


 
ANS PRESS-in məlumatına görə, faktı məktəbin direktoru Tahirə Səfərova da təsdiqləyib. Onun sözlərinə əsasən, müəllim artıq bir neçə gün idi ki, şagirdə əsəbləşib. "İdris müəllim, əslində, yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirdə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah submativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb. Müəllimin adı İdris Hüseynov, şagirdin adı isə Kənan Xankişizadədir", - deyə məktəbin direktoru bildirib.
Tahirə Səfərova onu da əlavə edib ki, İdris Hüseynovla artıq söhbət aparılıb, izahat alınıb və çox güman ki, ərizəsi alınaraq, işdən azad olunacaq.
Təhsil Nazirliyi də hadisə ilə bağlı ANS PRESS-in sorğusuna cavab verib. Bildirilib ki, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində məktəbin tarix müəllimi İdris Hüseynov "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.
Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib. Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.
Təhsil Nazirliyi bu məsələyə adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.
Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcəkdir.
Qeyd edək ki, Sumqayıt şəhəri 22 saylı orta məktəb - 1972-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2 növbəlidir. Məktəbdə 961 nəfər şagird təhsil alır. Onlardan 69-u məcburi köçkün, 26-sı şəhid ailəsindəndir. 22 saylı məktəbin müəllimlərinin ümumi sayı 137-dir. Məktəb layihə üzrə 1776 yerlikdir.
Həmin videonu sizə təqdim edirik.

 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR