Sumqayıtda hava

Cəmiyyət

“Karvan” ticarət mərkəzində etiraz: mağazalar açılmadı



Sumqayıtda "Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar.
Bu haqda musavat.com-a ticarət mərkəzində çalışan işçilər məlumat verib. Sahibkarlar iqtisadi böhrandan sonra çətin durumda olduqlarını, icra haqlarının da yüksək olmasının onlar üçün ciddi problem yaratdığını deyirlər. Sahibkarların tələbi icarə haqlarının endirilməsidir.
Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşündə heç bir güzəşt etməyəcəyini bildirib.
Daha sonra sahibkarların mağazaları açmadığını və fikirlərində qəti olduğunu görən A.Əhədov onlarla razılıq əldə etmək üçün danışıq aparmağı qəbul edib.
Hazırda A.Əhədovla sahibkarlar arasında danışıqlar gedir.


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR