Sumqayıtda hava

Cəmiyyət

Mərkəzi kitabxanada uşaqlar üçün müzakirə saatı keçirilib - FOTOLAR

Mərkəzi kitabxanada uşaqlar üçün müzakirə saatı keçirilib - FOTOLAR


Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllim kollektivi tərəfindən 10 nömrəli "Qar qız” körpələr evində musiqinin təbliği məqsədi ilə "Musiqili qövsi-qüzey” adı altında tədbir keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, tədbirdə musiqi məktəbinin təlim-tərbiyə işləri haqqında uşaqlara məlumat verilib. Uşaqlara musiqi alətləri və not haqqında məlumat verilib. Ritmik hərəkətlərin göstərilməsi uşaqların maraqlarına səbəb olub.
Həmçinin S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində mətbuatın təbliği məqsədilə "Uşaqlar öz mətbuatından nə istəyir” adlı müzakirə saatı keçirilib.
Kitabxana oxucuları ilə təşkil olunan tədbirdə AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan iştirak edib.
Müzakirə saatında uşaqların mətbuat haqqında fikirləri, maraq dairəsi öyrənilib. Milli Qəhrəmanlar, şəhidlər, əsgərlərin keçdiyi döyüş yolu, hərbi texnikanın sirləri, Azərbaycan tarixi, xanlıqların idarə üsulu haqqında düşündürücü suallar verən oxucular öz mətbuatlarında məhz bu mövzulara yer verilməsini istəyiblər.
Müzakirə zamanı oxucular arasında şeir, hekayə yazan uşaqlar öz yaradıcılıqlarından kiçik nümunələr ifa ediblər.

 


Mərkəzi kitabxanada uşaqlar üçün müzakirə saatı keçirilib - FOTOLAR


Mərkəzi kitabxanada uşaqlar üçün müzakirə saatı keçirilib - FOTOLAR


Mərkəzi kitabxanada uşaqlar üçün müzakirə saatı keçirilib - FOTOLAR



 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR