Sumqayıtda hava

Manşet, İqtisadiyyat

İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR

İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR



Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baş çəkib.
Xeberle.com məlumat verir ki, icra başçısı Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaya məsul olan nümayəndəsi ilə birlikdə qiymətlərlə maraqlanıb, alıcı və fermerlərlə təmasda olub, onların fikirlərini dinləyib.
Xatırladaq ki, yarmarkaya çıxarılan bütün məhsullar üçün minimum maksimum hədd müəyyən edilib və xüsusi lövhələrdə yarmarkanın içində - hamının görə biləcəyi bir nöqtədə qoyulub. Məlumat üçün qeyd edək ki, kartofun qiyməti 60-90, soğan 60-20, kələm 25-45 qəpik, yumurta 15 qəpik hədlərində müəyyən edilib. Pomidor 1,5-2,8, xiyar 1,3-2, fındıq 3-4,5, qoz 3-5, mal əti 5-5,5, qoyun əti 5,5-6, quş əti 2,5-4 manat arasında qeyd olunub.
Qeyd edək ki, yarmarka həftənin istirahət günləri 12-ci mikrorayon, Dəmir yolu vağzalının yanında Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilir. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin nümayəndələrı yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edirlər. Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunur.

İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR


İcra başçısı yarmarkaya baş çəkib - FOTOLAR



Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR