Sumqayıtda hava

Manşet, Dünya

“Sumqayıt” Qazaxıstan klubunu məğlubiyyətə uğradıb



Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” Futbol Klubu ilk yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstanın "Akjayık” klubu ilə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:0 hesablı qələbə qazanıb. Oyunda "Sumqayıt” FK-dan yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, "Sumqayıt” FK növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Komandamız yanvarın 20-də "Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş "Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
"Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov:
"Artıq 2 gündür Antalyada təlim-məşq toplanışını davam etdiririk. Plan üzrə bu gün ilk yoxlama oyununa çıxdıq. "Akjayık”la oyunda iki heyətlə çıxış etdik. Sadəcə olaraq, oyun praktikası sarıdan korluq çəkən bir neçə nəfəri çox oynatdım. Oyuna gəldikdə, uşaqlardan razı qaldım. Həvəslə çıxış edib istəklərini ortaya qoydular və qələbə qazandılar”.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR