Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR

Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR



"Şah və Mat” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında keçirilən şahmat çempionatına yekun vurulub.
Layihə rəhbəri Anar Qasımovun "Yenisumqayit.az"a verdiyi məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə baş tutub.
Yanvarın 17-də Sumqayıt Gənclər Evində keçirilən çempionatda çıxış edən Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova və layihə rəhbəri Anar Qasımov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyununun fərqli düşünmənin, uzaqgörənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşafına müsbət təsirindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin məşqçi-müəllimi Elçin Hüseynzadənin idarəçiliyi ilə "İsveçrə” sistemində 32 nəfər iştirakçı arasında keçirilən mübarizədə I yerə Nihad Əliyev, II yerə Murad Abbasov, III yerə isə Tamerlan Məmmədov layiq görülüb.
Tədbirin sonunda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR


Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR


Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR


Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR


Sumqayıtda “Şah və Mat” layihəsinə yekun vuruldu - FOTOLAR



Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR