Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Dövlət Neft Şirkətində təcrübə keçmək imkanı

Dövlət Neft Şirkətində təcrübə keçmək imkanı


ARDNŞ sizlərə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə keçmək imkanı yaradır

Kimlər müraciət edə bilər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə təhsilini (bakalavr və magistr) son üç ildə bitirənlər və ya magistratura pilləsində qiyabi və sonuncu kursda təhsil alanlar
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətdən azad olanlar (oğlanlar üçün)

Tələb olunan ixtisaslar:
Açıq dağ mədən işi
Şəhərsalma
Neft və qaz yataqlarının işlənilməsi
Dəniz hidrotexniki qurğuların tikintisi
Neft-qaz quyularının istismarı
İstilik qaz təchizatı
Neftin, qazın nəqli və saxlanılmasının texnologiyası
Çirkab sularının kənarlaşdırılması və təmizlənməsi
Elektrik təchizatı (sahələr üzrə)
Körpülər və nəqliyyat qurğularının tikintisi
Elektrik aparatları
Hidrotexniki tikinti
Elektroenergetika
Sənaye və mülki tikinti
Elektrik şəbəkə və sistemləri
Avtomobil yolları və aerodromların tikintisi
Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
Elektroenergetika
İdarəetmədə informasiya sistemləri
Qaynaq istehsalı metallurgiyası texnologiyası və avadanlığı
Neft kimya sintezinin texnologiyası
Kompressor maşın və qurğuları
Neft və qazın kimyası
Xüsusiləşdirilmiş radiorabitə sistemləri
Neft emalı texnologiyası
Rabitə qovşaqları və kommutasiya sistemləri
Karbohidrogen qazların emalı texnologiyası
Şəbəkələr rabitə sistemləri və informasiyanın paylanması
Bina və qurğuların memarlığı
Tətbiqi proqram təminatı
Landşaft memarlığı

Digər tələblər:
• Daima öyrənməyə həvəs göstərməli, bilik və bacarıqlarını mütəmadi olaraq artırmalıdır
• Özünü hər tərəfli inkişaf etdirməlidir (bilik, peşəkar vərdişlər və rəftar)
• Analitik düşünmə qabiliyyəti olmalı və tapşırığı yerinə yetirərkən mövcud problemləri təkbaşına həll etməlidir
• Yenilikçi və yaradıcı olmalı, işin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq sərfəli və səmərəli təkliflər verməlidir
• Komandada işləməlidir
• Başqaları ilə hörmətlə rəftar etməli və nizam intizama riayət etməlidir
• Yüksək ixtisas biliklərinə malik olmalı və nəzəri biliklərinin real iş şəraitində tətbiqini bacarmalıdır
• İxtisasını sevməli və şirkətdə işləməyə yüksək həvəs və maraq göstərməlidir
• Kompüter və xarici dil bilikləri arzuolunandır.

Maraqlanan şəxslər CV, diplom və diploma əlavənin (transkript), hərbi biletin elektron nüsxəsini tis@socar.az ünvanına göndərə bilərlər (5 MB-dən artıq olmamaq şərtilə).
Qeyd: Magistr təhsili alan tələbələr arayış və transkript göndərməlidirlər.

Müraciət üçün son tarix: 31.01.2015

Təcrübə müddətində müsbət rəy almış təcrübəçilər sonradan müvafiq müsahibədən keçərək ARDNŞ-də işlə təmin olunmaq imkanı əldə edəcəklər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR