Sumqayıtda hava

Cəmiyyət

Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR

Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR


Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR



C.Cabbarlı adına mədəniyyət evində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, tədbirdə mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında Qarabağ şikəstəsi, 20 yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya, rəsm dərnəyi üzvlərinin faciəni əks etdirən əl işləri nümayiş olunub. "Turan” rəqs qrupunun çıxışı tədbirə xüsusi ovqat qatıb.
Ə.Kərim adına poeziya klubunun direktoru, şair İbrahim İlyaslı, şairə Rəfiqə Şəms çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq, şücaət tarixi kimi xarakterizə edib, o gecəyə həsr olunmuş şeirlərini ifa ediblər.
S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində də 20 yanvar qurbanları anılıb.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri, faciənin canlı şahidi şair Sabir Sarvan çıxış edərək bildirib ki, "o gecə Azərbaycan xalqı misli görülməmiş bir fədakarlıq tarixi yazdı. Və o günlərdə Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bütün dünyaya səs saldı və Azərbaycan xalqı mübarizə ruhuna görə dünyanın birinci xalqı elan olundu. O gecənin ən böyük qazancı isə azadlığımız və SSRİ-nin çöküşü oldu. Bu dünya tarixində yeganə hadisəydi ki, əli silahlı ordu əliyalın xalqın üzərinə hücuma keçir və nəticə etibarı ilə məğlub olur. Məhz bu amillərə görə biz 20 yanvar faciəsini matəm günü kimi deyil, qəhrəmanlıq günü kimi qeyd etməliyik”. Tədbirdə kitabxananın azyaşlı oxucularının ifasında şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.
Hər iki tədbirdə Azərbaycan Respublikasının Dövlət himninin canlı ifası tamaşaçılarda xüsusi təəssürat yaradıb.
Qeyd edək ki, mədəniyyət müəssisələrində anım günləri davam edir.

Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR


Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR


Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR


Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR


Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin qurbanları anılıb - FOTOLAR



Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR