Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib

"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


Yanvarın 18-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
«Azərikimya» İB-nin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, anım mərasimində öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridilmiş, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəh-şətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə gecəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublika-mıza qarşı cinayət aksiyası həyata keçirilmişdir.
Anım mərasimində «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək qeyd etmişdır ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailəLərinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, bu igid vətən oğullarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduğunu bildirmişdir.
Xatirə tədbirində 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


"Azərikimya"da 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.

 





Xəbər lenti

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR