Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində elmi-praktik seminar keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində elmi-praktik seminar keçirilib


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində elmi-praktik seminar keçirilib


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində elmi-praktik seminar keçirilib



Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "20 yanvar" adlı elmi-praktik seminar keçirilib.
Bu barədə "Yenisumqayit.az"a Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Heydər Əliyev Mərkəzinin Mədəniyyət və Turizm İdarəsi, Təhsil şöbəsi, Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə öz milli azadlığı uğrunda mübarizəyə qalxan xalqa qarşı sovet hərb maşınının törətdiyi qətliamın qurbanlarının xatirəsi yad edilib.
Mərkəzin direktoru Aygün Zülfüqarlı, Yazıçılar Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Sabir Sarvan, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor Şirxan Səlimov, 25 saylı orta məktəbin tarix müəllimi Nuridə Əhmədova, Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Ceyhun Hüseynov çıxışlarında 1990-cı ilin 20 yanvarında baş verən hadisələrə bir daha nəzər salıblar. Qeyd edilib ki, Ümummilli Liderimiz Heydər Əliyev məhz o ağır günlərdə özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar hadisəsinin günahkarlarının cəzalandırılmasını tələb edib.
Gənc müəllimlərin və mütəxəssislərin, Sumqayıt Dövlət Universitetinin tələbələrinin və orta məktəb şagirdlərinin iştirak etdiyi tədbirdə vətənpərlik ruhunda şeirlər səsləndirilib, tarixi faktların nümayiş etdirildiyi sənədli film təqdim edilib.
Mərkəzdə Mərkəzi Kitabxananın dəstəyi ilə 20 yanvar haqda nəşrlər sərgilənib.


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR