Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində "20 yanvar" faciəsinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Sumqayıt Dövlət Universitetində "20 yanvar" faciəsinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib


Sumqayıt Dövlət Universitetində "20 yanvar" faciəsinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib


Sumqayıt Dövlət Universitetində "20 yanvar" faciəsinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib



20 Yanvar bizim şanlı tariximizə çevrildi.
Sumqayıt Dövlət Universitetində Ritorika Universal Klubunun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə "20 YANVAR" faciəsinin 26-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Ritorika Universal Klubundan "Yenisumqayit.az"a verilən məlumata görə, tədbiri giriş sözü ilə Tələbə Həmkarlar İttifaqinin sədri Nemət İbayev açaraq qeyd edib ki, 1990-cı ilin 20 yanvar tarixində millətimiz məhz belə bir qəhrəmanlıq səlnaməsini yazıb. İllər, əsrlər ötsə də 20 Yanvar günü heç vaxt unudulmayacaq və şəhidlərimizin xatirəsi yaddaşlarda yaşayacaqdır.
Universitetin Karyera Mərkəzinin müdiri Zahid Bunyadov tələbələrə 20 Yanvar hadisələrindən bəhs edərək bildirib ki, 20 Yanvar hadisəsi tariximizdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ritorika Universal Klubun idarə heyətinin üzvləri çıxışlarında vurğulayıblar ki, belə bir faciənin bir daha Azərbaycan tarixində olmaması üçün biz gənclər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qanımız bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qoruyub saxlayacayıq.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR