Sumqayıtda hava

Manşet, Cəmiyyət

Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir

Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir



Sumqayıt şəhərində yerləşən mədəniyyət müəssisələrində 20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı anım tədbirləri davam etdirilir.
Bu barədə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, N.Nərimanov adına mədəniyyət evində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt komitəsinin sədri şair Əşrəf Şəfiyev 20 yanvar faciəsi və onu doğuran səbəblərlə bağlı çıxış edib. Daha sonra foyedə nümayiş olunan və faciəni əks etdirən rəsm sərgisinə, o cümlədən, S.Vurğun adına Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirilib.
Tədbir "Dolu” filminin nümayişi ilə başa çatıb.
Dostluq mədəniyyət evində anım günü ilə bağlı keçirilən tədbirdə faciəni əks etdirən video-çarx, mədəniyyət evinin bədii qiraət və dram dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər dinlənilib. Rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi tamaşaçıların diqqətini çəkib.
Ə.Kərim adına Poeziya klubunun direktoru şair İbrahim İlyaslı və şair Sabir Yusifoğlu çıxış edərək bildiriblər ki, 20 yanvar-Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir, bu səhifəni yazanlar isə heç bir zaman bu xalqın yaddaşından silinməyəcək.
28 May Diyarşünaslıq evində də anım günü ilə bağlı tədbir keçirilib. Dövlət himninin ifası ilə başlanan tədbirdə diyarşünaslıq evinin bədii qiraət dərnəyi üzvlərinin ifasında şeirlər səslənib, faciəni əks etdirən foto-stend, rəsm əsərləri və kitablar sərgilənib. Tədbirdə həmçinin şəhidlərin xatirəsinə şam yandırılıb, səhnəyə qərənfillər düzülüb.
Corat qəsəbə mədəniyyət evi tərəfindən 7 saylı orta məktəbdə anım tədbiri keçirilib. Tədbirdə məktəb şagirdlərinin ifasında şeirlər dinlənilib, ədəbi-bədii kompoziya nümayiş etdirilib.
Digər klub müəssisələrində də 20 Yanvar faciəsinin qurbanları anılıb.
"Yenisumqayit.az" tədbirlərdən çəkilmiş fotoşəkilləri təqdim edir:

Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir


Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir


Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir


Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir


Mədəniyyət müəssisələrində Ümumxalq hüzn günü ilə bağlı tədbirlər davam etdirilir


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR